Cəlilabadda 37 yaşlı kişini öldürən gənc həbs edildi

Cəlilabad rayonunda 37 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən 2006-cı il təvəllüdlü Orxan Əkbərov həbs edilib.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, Cəlilabad Rayon Məhkəməsində O.Əkbərovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib və təqsirləndirilən şəxs barədə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, hadisə mayın 29-da, axşam saatlarında Cəlilabad şəhərinin Səttərxan küçəsindəki mənzillərdən birində baş verib.

Şəhər sakini, 1988-ci il təvəllüdlü Bəhruz Hüseynov evində ürəyindən bıçaqlanıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Orxan Əkbərov saxlanılıb.