Ötən ay Cəlilabadda 2 nəfəri əqrəb, 2 nəfəri isə ilan sancıb.
Bu barədə "Report"un yerli bürosunun sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, may ayı ərzində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə 4 nəfər müxtəlif heyvanların sancması səbəbilə müraciət edib.
1983-cü il təvəllüdlü (kişi cinsli) şəxs və 2009-cu il təvəllüdlü (kişi cinsli) şəxs əqrəb sancması, 2022-ci il təvəllüdlü (qadın cinsli) şəxs, 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs isə ilan sancması səbəbilə müraciət edib.
Onlara zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.