Cəlilabad sakini suda boğulub - YENİLƏNİB

Cəlilabadda suda boğulanın kimliyi məlum olub.

Stopnarkotik.az apa-ya istinadən xəbər ki, həmin şəxs Cəlilabad rayonunun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü Mirhəsən Aftandil oğlu Şükürovdur. 17 yaşlı yeniyetmə kənddə yerləşən su bəndində boğulub.

Qeyd edək ki, yeniyetmə nənəsi ilə qaldığından hadisə qeydə alınan kəndin məktəbində 11-ci sinifdə təhsil alırdı.

Faktla bağlı araşdırma aparılır.

***15:28

Cəlilabad rayon sakini suda boğulub.

Hadisə rayonun Uzuntəpə kəndində yerləşən su bəndində qeydə alınıb. Meyit sudan çıxarılıb.

Hadisənin təfərrüatları və boğulan şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.