Cəlal Arutyunyanın cinayət işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Qarabağdakı qondarma rejimin sabiq "müdafiə naziri" general-leytenant Cəlal Arutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib.

Stopnarkotik.az "news.am"a istinadən xəbər verir ki, iş Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Qarik Abelyanın icraatına verilib.

Cəlal Arutyunyan xidməti səhlənkarlıq maddəsi ilə ittiham olunur.

İttihama görə, 12 oktyabr 2020-ci il tarixində elan olunmuş hərbi vəziyyət zamanı "Müdafiə Ordusunun komandanı", general-leytenant rütbəsi ilə dövlət qulluqçusu olan Cəlal Arutyunyan xidmətə səhlənkar münasibət göstərib və bu səhlənkarlıq ağır nəticələrə səbəb olub.