Çinli "Don Karleone" həbs günü tuneldən qaçdı

Kokain ticarəti indi tarixin əvvəlki vaxtına nisbətən daha böyük və coğrafi baxımdan daha "rəngarəng" hala gəlib. 

2024-cü ilin oktyabrında Meksika qoşunları onları duyuq salan informasiya alaraq, fentanil inqrediyentlərinin qaçaqmalçılığına görə ABŞ-da axtarışda olan Çinli kartel üzvünü həbs etmişdi.

Meksikalı hakim Çji Dun Çjan adlı çinli narkokartel üzvünü Meksikalı narkokartellər üçün təxminən 150 milyon dolların yuyulması və külli miqdarda kokain, fentanil və metamfetamin qaçaqmalçılığı ittihamı ilə ABŞ-a ekstradisiya edilənə qədər ev dustağı etdi. Bir neçə ləqəbi (o cümlədən Qardaş Van, BW, Panço və Çino) olan Çji Dun Çjan  iyulun 11-də tuneldən qaçıb.

Stopnarkotik.az-ın verdiyi xəbərə görə, ABŞ hakimiyyəti iddia edir ki, Çjan Sinaloa Karteli və “Yeni Nəsi Xalisko Karteli”nin (CJNG) yüksək rütbəli üzvləri ilə birbaşa əlaqə saxlayıb və Meksika, ABŞ, Çin və Asiya və Avropanın digər ölkələrində əməliyyatlar zamanı şəxsiyyətini gizlətmək üçün ləqəblərdən və saxta sənədlərdən istifadə edib.

ABŞ-ın Nakoitklərə qarşı Mübarizə İdarəsi (DEA) isə bildirir ki, Çjanın cinayət şəbəkəsi narkotik pullarını yığan Meksikalı dəstələrdən və xaricə göndərilən çirkli pulları bank köçürmələri və mal alınması yolu ilə  ABŞ ilə Çində yerləşən  saxta şirkətlər vasitəsilə yuyan dəstələrdən ibarətdir.

2016-cı ildən Çjanın bandası fentanil, kokain və metamfetamin qaçaqmalçılığından milyonlarla dollar qazanıb. DEA onun şəbəkəsinin hər il 150 milyon dollardan çox qeyri-leqal pullar qazandığını təxmin edir.

Çjan broker qismində “Sinaloa” və “CJNG” kartelləri üçün Çinin Quandun əyaləti ilə Banqladeşin paytaxtı Dəkkədən Meksikaya qədər kimyəvi prekursor kimyəvi maddələrin idxalında əsas açar şəxs olub.

Onun sxemi Çində xüsusi iqtisadi zonalarda qeydiyyatdan keçmiş qurama şirkətlərindən istifadə edərək nəzarət oluna bilməyən kimyəvi maddələrin ticarətini dəstəkləməyi, rahat keçirilmə üçün Mansanilo və Lazaro Cardenas gömrük müfəttişlərinə rüşvət verməyi və köçürmələrin təxminən 40%-i kriptovalyuta ilə həyata keçirilən ofşor hesablar vasitəsilə maliyyə əməliyyatlarını həyata keçirməyi əhatə edib.

Maraqlıdır ki, Meksika prezidenti Klaudiya Şeynbaum Baş Prokurorluğun etirazlarına baxmayaraq Çjana  ev dustaqlığı qərarı verən hakimi tənqid edib.

Şeybaum  iyulun 14-də mətbuat konfransı zamanı deyib ki, "Heç bir arqument olmadan hakim onu ev dustaqlığına məhkum edib. Bu qərar qəbul edilməməli idi". Bu nüanslar da onu deməyə rəvac verir ki, narkokartellərin, qeyri-leqal kriminal pulların meydan sulamasında “dövlət adamları”nın onlara əlbirlik ehtimalı əsassız deyil. 

Stopnarkotik.az