Çin alimləri makaka meymunlarında “qocalma əleyhinə peyvəndi” sınaqdan keçiriblər. Nəticədə orqanizm real şəkildə cavanlaşıb.
Stopnarkotik.az bildirir ki, keçirilmiş sınaqlarda heyvanlara 44 həftə ərzində "uzunömürlülük geni" ilə gücləndirilmiş hüceyrələr vurulub. Nəticədə yaddaş və beyin struktu daha da yaxşılaşıb, sümüklər güclənib, reproduktiv funksiya bərpa olunub, testlər qan və orqanların cavanlaşmasını göstərib, "bioloji saat" yavaşlayıb.
Bir elmdə inkişafdır, lakin bu günə qədər yalnız meymunlar üzərində sınaqdan keçirilib, insanlar üzərində sınaqdan keçirilməyib.
Stopnarkotik.az