Cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırmaqda təqsirləndirilən şəxsə HÖKM OXUNDU

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunan Eldar Şahgəldiyevə hökm oxunub.

Stopnarkotik.az e-huquq.az-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimj Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Hökmə əsasən, Eldar Şahgəldiyev 9 il müddətində azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, prokuror Rauf Malışov məhkəməyə təqsirləndirilən şəxsin 12 il 6 ay müddətində azadlıqdan məhrum edilməsini təklif edib. 

Qeyd edək ki, E. Şahgəldiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tanınıb.

Xatırladaq ki, 2020-ci ildə əvvəllər məhkum olunmuş Eldar Şahgəldiyev Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxta sənədlərlə maliyyə əməliyyatları aparan mütəşəkkil dəstənin üzvü kimi saxlanılıb. Ona Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 6 il 3 ay müddətində azadlıqdan məhrum etmə cəzası verilib.