ÇİN TRİADASI ABŞ-ı QORXUYA SALDI: ABŞ-ın 18-44 milyardlıq marixuana bazarı Çinin əlində...

“Çin Triadası” qanqsterləri qeyri-leqal marixuana ticarətində fəal iştirak edərək ABŞ-da əhəmiyyətli mövqe əldə ediblər. Bu isə ABŞ rəsmiləri arasında onsuz da çox olan təşvişi artırıb.

Stopnarkotik.az xəbər verir ki, Çin mənşəli mütəşəkkil cinayətkarlıq sferası qeyri-qanuni marixuana ticarətində böyük rol oynayır. Bu isə kriminalın, gərginliyin artmasına, insan alverinin və Kaliforniyadan tutmuş Men ştatına qədər arealda müxtəlif fırıldaqçılıq formaların çiçəklənməsinə gətirib çıxarıb.

Pis təşkil edilmiş lakin yüksək nizam-intizamla qurulmuş cinayət şəbəkələri Nyu Yorkda dərin kökləri olan mafiya-cənubi Çində “triadalar” adlanan bandalar tərəfindən idrə edilir. Bu qruplar, ştatların sərhədləri arasından axaraq güclü qeyri-qanuni marixuana ticarəti yaratmaq üçün Oklahomaştatında hökm sürən marixuana becərilməsi qanunlarından istifadə etdilər. Qeyri-qanuni marixuana becərilmənin artması Oklahoma ştatını qara bazarda marixuananın əsas tədarükçüsünə çevirdi, qeyri-leqal marixuana məhsullarının qiymətlərinin ildə 18-44 milyard dollar civarında olduğu təxmin edilir.

Stopnarkotik.az