Çin ABŞ-la silahlara nəzarət və nüvə silahlarının yayılmaması ilə bağlı danışıqları dayandırdığını açıqlayıb.
Stopnarkotik.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Çin Qlobal Televiziya Şəbəkəsi (CGTN) məlumat yayıb.
Bildirilib ki, Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien paytaxt Pekində keçirilən mətbuat konfransında ölkələr arasındakı danışıqların ABŞ tərəfindən pozulduğunu bəyan edib: “Çinin qəti etirazına və təkrarlanan bəyanatlarına məhəl qoymayan ABŞ Tayvana silah satmağa davam edir. Üstəlik, Çinin maraqlarına ciddi zərər vuran və qarşılıqlı siyasi etimadı sarsıdan bir sıra mənfi hərəkətlər nümayiş etdirdi”.
O, həmçinin ABŞ-ın Çinin əsas maraqlarına hörmət etməli və iki tərəf arasında dialoq üçün lazımi şərait yaratmalı olduğunu vurğulayıb.
Xatırladaq ki, iki ölkə arasında 2023-cü ilin noyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda eyni mövzu ilə bağlı məsləhətləşmələr aparılmışdı. Çin iyulun 12-də ABŞ-ın Tayvana son silah satışında vasitəçi olduqlarını əsas gətirərək 6 ABŞ müdafiə şirkəti və onların yüksək səviyyəli rəhbərlərinə sanksiya tətbiq edib.