Çin 2024-cü ildə insanabənzər robotların kütləvi istehsalına başlayacaq

Çin 2024-cü ildə insanabənzər robotların kütləvi istehsalına başlayacaq.

Stopnarkotik.az xəbər verir ki, Çinin “Fourier Intelligence” startapı 2023-cü ilin sonuna kimi “GR-1” insanabənzər robotların kütləvi istehsalına başlamağı planlaşdırır. 2024-cü ildə şirkət bazara bu məhsuldan "minlərlə ədəd" çatdırmağı vəd edir. “GR-1” humanoid robotu iki ayaq üstə 5 km/saat sürətlə yerimək və 50 kq-a qədər yük daşımaq qabiliyyətinə malikdir. Cihaz üzərində işlər 2019-cu ildən aparılır.

“Fourier Intelligence” şirkəti əsas diqqətini aparat təminatının inkişafına yönəltmək və androidlərin “beyni” üzərində işi süni intellekt tərtibatçılarına həvalə etmək niyyətindədir. Şirkət bir neçə İT şirkəti ilə danışıqlar aparır.

Robotlar yaşlılara xidmət, təhsil və otel biznesində istifadə edilə bilər. “Fourier Intelligence” 2015-ci ildə yaradılıb və reabilitasiya robotları hazırlayır. Şirkət 10-dan çox ölkənin tibb müəssisələrini cihazlarla təchiz edir. Bundan əvvəl çinli tərtibatçılar “Real Steel” filmindəki kimi idarə olunan boksçu robotu təqdim ediblər.

Stopnarkotik.az