Ötən gün vəfat edən aktrisa Çimnaz Sultanovanın qohumu onun Bakı Sağlamlıq Mərkəzində bağırsağından səhv əməliyyat olunduğunu iddia edir.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, o, əməliyyatdan sonra Zəfəran Hospitala yerləşdirilib.
Yenidən əməliyyat edilən zaman bağırsağı partlayıb və komaya düşüb. Onun 30 min manat xərci çıxıb.
***11:47
Ötən gün vəfat edən aktrisa Çimnaz Sultanovanın oktyabr ayında vəziyyəti pisləşib və əməliyyat olunubmuş.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, onun ayyarıma yaxşı olacağı deyilib. Əməliyyatdan 21 gündən sonra yaxşılaşıb və ayağa durub.
Lakin bir müddət əvvəl onun vəziyyəti yenidən ağırlaşıb. Aktrisanın əməliyyat yarasından qanaxması olub və o, reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, 43 yaşlı aktrisa Çimnaz Sultanova 15 yanvar tarixində bağırsaq xərçəngindən vəfat edib.