ÇEMPİONLAR LİQASI: "Qarabağ" bu gün "Atletik"lə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda daha 9 oyun keçiriləcək.

Stopnarkotik.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ da bu gün meydana çıxacaq.

Qurban Qurbanovun komandası İspaniya səfərində "Atletik"lə üz-üzə gələcək.

"San Mames" stadionunda keçiriləcək oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

"Qarabağ" bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlib, "Atletik" isə hələ ki, xal qazanmayıb.