“Çelsi” Dünya Çempionu oldu - KUBOKU TRAMP TƏQDİM ETDİ

Klublararası Dünya Çempionatının final görüşündə “Çelsi” PSJ-ni 3:0 hesabı ilə məğlub edib.

Stopnarkotik.az xəbər verir ki, final görüşündən sonra keçirilən mükafatlandırma mərasimi isə diqqətçəkən məqamla yadda qalıb.

“Çelsi” futbolçularına kuboku ABŞ Prezidenti Donald Tramp təqdim edib.

**

*** 01:24

Bu gün Klublararası Dünya Çempionatının final görüşü baş tutub.

Stopnarkotik.az xəbər verir ki, həlledici matçda PSJ və "Çelsi" üz-üzə gəlib.

    82500 nəfərlik "MetLife" stadionunda keçirilən görüşü iranlı hakim Əli Rza Fəqani idarə edib.

    “Çelsi” 3:0 hesabı ilə qalib gələrək, Klublararası Dünya Çempionatının qalibi olub.

    KDÇ - Final

    PSJ (Fransa) - "Çelsi" (İngiltərə) 0:3