"Çelsi" 16 yaşlı qazaxıstanlı futbolçunu transfer edir

"Kayrat"ın futbolçusu Dastan Satpayev karyerasını İngiltərədə davam etdirə bilər.

Stopnarkotik.az xəbər verir ki, "Çelsi" 16 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Almatı təmsilçisinin futbolçusu yaxın zamanda "Çelsi" ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Satpayev bu mövsüm UEFA Gənclər Liqasında dörd oyunda bir qol vurub.