Biləsuvar rayonundakı Cəbrayıl şəhərciyində narkotikə görə bir qadın həbs edilib.
Stopnarkotik.az DİN-ə istinadən xəbər verir ki, narkotik vasitələrin və psixotrop həblərin qanunsuz dövriyyəsini təşkil edən Leyla Musayeva saxlanılıb. Ondan 3 kiloqram marixuana və psixotrop tərkibli metodon həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, L.Musayeva barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Stopnarkotik.az