Səbail Rayon Məhkəməsində "Caspian İnternational Hospital” MMC-nin barəsində tərtib edilmiş protokolla bağlı məhkəmə iclası başlayıb.
Hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib.
Qeyd: "Caspian İnternational Hospital” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) maddəsi ilə protokol yazılıb./pravda.az