Cahangir Əsgərov bu bankın əsas səhmdarı oldu... - 84,5 FAİZLİK PAYA SAHİB OLDU

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub.

Bu barədə bankın açıqlamasında bildirilir. Məlumata görə, 17 yanvar 2025-ci il tarixində Bankın əsas səhmdar Zərifə Həmzəyeva vəfat etdikdən sonra nizamnaməyə əsasən onun səhmləri Cahangir Əsgərova (həyat yoldaşı) ötürülüb.

Qeyd edək ki, Zərifə Həmzəyeva bankın nizamnamə kapitalında 84,5 % paya malik olub.