"Buşehr AES-ə zərbə Çernobıl fəlakətinə bərabər ola bilər" - "Rosatom" rəhbərindən XƏBƏRDARLIQ

"İranın Buşehr Atom Elektrik Stansiyasına edilə biləcək istənilən hücum Çernobıl faciəsi ilə müqayisə oluna biləcək miqyasda böyük fəlakətə yol aça bilər".

Bu barədə Rusiyanın Atom Enerjisi üzrə Dövlət Korporasiyasının "Rosatom" baş direktoru Aleksey Lixaçyov xəbərdarlıq edib.

O vurğulayıb ki, stansiyada çalışan bəzi rusiyalı mütəxəssislər artıq təxliyə olunub, qalan hissəsinin isə qalıb-qalmaması dövlət korporasiyası tərəfindən qərarlaşdırılır.

Lixaçyov əlavə edib ki, "Rosatom" İsrail hakimiyyətinə müraciət edir və Buşehr AES-nə zərbə endirmək barədə hətta eyhamın belə olmamasına çağırır.