Bulqakov və Qoqolun əsərləri Rusiyada narkotik təbliğ etdiyi üçün qadağan ediləcək. Bu barədə təklif parlamentdən gəlib.
Stopnarkotik.az xəbər verir ki, Rusiya Dumasının Dövlət Quruculuğu Komitəsi narkotiklərlə bağlı məlumatları ehtiva edən ədəbiyyat və incəsənət əsərlərinin yayılmasına və ya nümayişinə görə cərimələri nəzərdə tutan düzəlişlərin qəbul edilməsini tövsiyə edib.
“Narkomaniyadan bəhs edən, lakin onların işlənib hazırlanması, istehsalı, istifadəsi, əldə olunma üsulları və yerləri haqqında məlumatın olmadığı ədəbiyyat və incəsənət əsərlərinin yayılması narkotik təbliğatı hesab edilməyəcək”, deyə mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, bu qadağaya həm də məsələn, morfinin ona müsbət təsir göstərdiyi üçün narkotikdən asılılığına haqq qazandıran baş qəhramanın təsvir edildiyi Mixail Bulqakovun “Morfi” romanı kimi klassik əsərlər də daxildir.
Bu məsələdə fiziki şəxslərə 2 min rubla qədər, hüquqi şəxslərə isə 600 min rubla qədər cərimə nəzərdə tutulur. Cəza tədbirlərində məhsulların müsadirəsi və fəaliyyətinin üç ay müddətinə dayandırılması da mümkündür.
Qanun layihəsi narkotik təbliğatına qarşı mübarizə bəhanəsi ilə əhəmiyyətli ədəbiyyat və incəsənət əsərlərinə, o cümlədən Bulqakov və Qoqol kimi klassiklərin yaradıcılığına girişi məhdudlaşdıra bilər.
Stopnarkotik.az