Xəbər verdiyimiz kimi, bu gün Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində tikinti sahəsinin rəisi Pərviz Həyatullayev ölüb.
Həmin şəxsin fotosunu təqdim edirik:

Qeyd edək ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər xəsarət alıb.
Ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.
Xatırladaq ki, işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.
Hadisə nəticəsində ekskavatorun içində olan 4 nəfərdən biri hadisə yerindəcə həyatını itirib. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, çətin vəziyyətdə texnikanın içində köməksiz qalıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Yaralılar ekskavatorun içindən çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.
Ekskavatordan sağ çıxarılan şəxslər Qazax rayonunun Yuxarı Salahlı kənd sakini 33 yaşlı Bəxtiyar Nəsib oğlu Abdullayev, Cəbrayıl rayonunun Niyaziqullar kənd sakini 43 yaşlı Elnur Məhəmməd oğlu Salahov və Gədəbəy rayonunun Çiçəkli kənd sakini 37 yaşlı Bəxtiyar Fazil oğlu Qasımovdur.