Bu yaxınlarda... – UKRAYNA İLƏ BAĞLI SENSASİYA

"Hazırkı vəziyyətə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin sonunu korrupsioner zabitlər gətirəcək".

Stopnarkotik.az xəbər verir ki, bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.

"Onların hamısı korrupsionerdir. Biz bunu başa düşürük. Bu vəziyyət Zelenskinin hərbçilər arasında artan narazılığa səbəb olması ilə əlaqədardır. Düşünürəm ki, Zelenski Faşist Partiyasının lideri Mussolini Benitonun taleyini bölüşə bilər. Zelenski Mussolini kimi bir fiqura çevrilir. O, Ukraynada inanılmaz dərəcədə qeyri-populyar olub. General və zabitlərinin çoxu artıq ona nifrət edirlər. Bu vəziyyətə görə, çevriliş bu yaxınlarda olacaq. Bu qaçınılmazdır. Zelenski Rumıniya lideri Nikolay Çavuşesku kimi güllələnəcək", - Makqreqor bildirib. /Teleqraf.com