Bu universitetin yataqxanalarını bit basıb - VİDEO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yataqxana binalarını bit basıb. Söhbət ADPU-nun Dərnəgül qəsəbəsində yerləşən 2 və 3 saylı yataqxanalarından gedir.

Keçmiş məcburi köçkünlərin yaşadığı bu çoxmərtəbəli binaların sakinləri 1 ilə yaxındır ki, bit-birə əlindən cana yığıldıqlarını deyirlər.

Məsələ ilə bağlı ADPU-dan "Xəzər Xəbər"ə bildirilib ki, bu yataqxanaların yalnız binası universitetin balansındadır.   

Binanın komendantı isə deyib ki, evlərin bitlərdən təmizlənməsi üçün prosesi həyata keçirməli olan şirkətlə əlaqə saxlayıblar. MMC-dən bildirilib ki, onlarla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yeni müqavilə bağlamlıdır ki, gəlib binada təmzilik etsinlər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə bildirliib ki, bu günə qədər Dövlət Komitəsinə qeyd edilən məsələ ilə bağlı müraciət daxil olmayıb. Fakt yaxın günlərdə ətraflı araşdırılacaq. Yaranmış problemin aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsi üçün bütün lazımi tədbirlər həyata keçiriləcək.