"Ermənistanın özü Azərbaycanla sərhədi hələ də delimitasiya etməyib".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Moskva danışır" və "Komsomolskaya pravda" radiostansiyalarına müsahibəsində bildirib.
O, İrəvanın KTMT ilə bağlı tələblərini şərh edib. Lavrovun sözlərinə görə, Ermənistanda deyəndə ki, KTMT ölkədə öz məsuliyyət zonasını müəyyən edə bilməz, İrəvan özü bunu müəyyən etməyib. O, Ermənistan hakimiyyətinin Alma-Ata bəyannaməsi çərçivəsində 1991-ci il sərhədlərinə hörmətlə yanaşmağa hazır olduqları barədə bəyanatına diqqət çəkib ki, bu da Qarabağın Azərbaycanda olması deməkdir.
"Amma paralel olaraq delimitasiya komissiyası yaratdılar. Eyni zamanda, Nikol Paşinyan köçürməyə hazır olduğu Tavuş vilayətində dörd qeyri-anklav kəndini açıqlayıb. O, indi bu ərazidə əhalini inandırır ki, başqa cür hərəkət etmək düzgün olmaz. Və Paşinyanın KTMT-dən təsdiq və qorumasını istədiyi 1991-ci il sərhədi nəzərə alınmır. Ona görə də KTMT-nin öz məsuliyyət zonasını müəyyən etməyə borclu olduğunu söyləməzdən əvvəl Ermənistanın sərhədlərini müəyyən etmək, Ermənistan rəhbərliyinin fəal şəkildə həyata keçirdiyi tam delimitasiya lazımdır", deyə XİN başçısı bildirib.
Onun sözlərinə görə, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması və Alma-Ata Bəyannaməsinin tanınması ilə bağlı sənəd imzalananda Azərbaycanda erməni milli azlığının xüsusi hüquqlarının təmin olunmasının zəruriliyi barədə heç nə deyilməyib. Ona görə də Lavrovun fikrincə, ermənilərin Rusiya sülhməramlılarının hərəkətsizliyi ucbatından Qarabağdan getdiyini söyləmək düzgün deyil. Nazir ümid etdiyini bildirib ki, Ermənistan və Rusiya Federasiyası liderləri arasında bütün bu məsələlərin "Qərb bədxahları tərəfindən atılan" arqumentlər olmadan müzakirə oluna biləcəyi təmaslar olacaq./"qaynarinfo"