Özbəkistan Senatı kitab oxuyan məhbusların həbs müddətinin azaldılmasını nəzərdə tutan qanunu təsdiqləyib.
Bu barədə respublikanın qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.
"Müəyyən olunur ki, Respublika Mənəviyyat və Maarif Mərkəzi tərəfindən təsdiqlənmiş, məhkumlarda düzgün mənəvi-əxlaqi dəyərlərin formalaşdırılmasına yönəlmiş ədəbiyyat siyahısından kitab oxunması və həmin kitabların oxunduğunun təsdiqlənməsi halında, Komissiyanın rəyinə əsasən, hər bir oxunmuş kitaba görə cəzaçəkmə müddəti üç gün azaldıla bilər, lakin ildə 30 gündən çox olmamaq şərtilə," - deyə məlumatda bildirilir.