"Bu nəticə Fernandu Santuşun Azərbaycan xalqına qarşı hörmətsizliyidir" - AFFA-dan sərt AÇIQLAMA

"Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, AFFA tədbir görəcək".

Stopnarkotik.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.

O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən İslandiya - Azərbaycan oyununa münasibət bildirib:

Bakupost.az

"Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin izahını gözləyirik. Santuş komandanı oyuna hazırlaya bilməyib".

Qeyd edək ki, İslandiya yığması Azərbaycan millisini 5:0 hesabı ilə məğlub edib.