Bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənni müəllimlərinin sertifikatlaşdırma imtahanlarına cəlbi nəzərdə tutulur.
Bunu Elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, gələn il üçün isə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə üzrə müəllimlər üçün imtahan planlaşdırılır:
"Bununla da 2027-ci ildə artıq bütün fənn müəllimləri sertifikasiyadan keçmiş olacaq".
E.Əmrullayev bildirib ki, 2026-cı ilin sonunadək bütün fənlər üzrə 40 min təhsilverən sertifikatlaşdırma prosesinə cəlb olunacaq.
Nazir onu da qeyd edib ki, 2022-2024-cü illər üzrə 64 min 901 müəllim sertifikasiyaya cəlb olunub:
"Sertifikatlaşdırmada 17 min 426 nəfər yüksək nəticə göstərib. Bundan başqa, 38 min 84 nəfər qənaətbəxş nəticə göstərib. Ümumilikdə 55 min 510 təhsilverənin əməkhaqqına əlavalər edilib".