Amnistiya aktının icrasına başlanıldı - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktının icrasına başlanılıb.

Stopnarkotik.az xəbər verir ki, Amnistiya aktının icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin müəssisələrində həyata keçirilir.

Qeyd edək ki, Amnistiya aktının ilkin siyahısına əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3 mindən çox şəxsin cəzası 6 ay azaldılması nəzərdə tutulur. Həmçinin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək.

***09:02

Bu gündən Amnistiya aktının icrasına başlanılır.

Stopnarkotik.az xəbər verir ki, cəzaçəkmə müəssisələrindən rəsmi şəxslərin, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin də iştirakı ilə məhkumların bir qismi azad ediləcək.

Qeyd edək ki, dekabrın 19-da Milli Məclis "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" qərar qəbul edib.

Xatırladaq ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur.