Bu gün Tərtərdə ölən şəxs daha əvvəl də minaya düşübmüş

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 6 oktyabr tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, ilkin məlumata əsasən OZM tipli qəlpələnən piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev həlak olub.

Qeyd edək ki, cari ilin 9 mart tarixində Yaquar Hadıyev həmin ərazidə baş verən piyada əleyhinə minanın partlayışı nəticəsində zərərçəkmiş, sol ayağı topuqdan aşağı amputasiya edilmişdir.

Unutmayın, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi hələ də davam etməkdədir.