Bu gün "Qalatasaray" - "Fənərbağça" derbisi keçiriləcək

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.

Stopnarkotik.az xəbər verir ki, 25-ci turda “Qalatasaray” “Fənərbaxça”nı qəbul edəcək. “Rams Park”da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Hazırda turnir cədvəlində “Qalatasaray” 63 xalla liderdir. “Fənərbaxça” isə 57 xalla 2-cidir.

Türkiyə Superliqası, 25-ci tur

24 fevral

21:00. "Qalatasaray" – "Fənərbaxça"

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

“Rams Park”