Bu gün növbədənkənar parlament seçkisinə yekun vurulacaq

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

İclasda Milli Məclisə növbədənkənar seçkinin nəticələrinin yoxlanılması və yekun vurulması məsələsi müzakirəyə çıxarılacaq.

Seçkinin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində Mərkəzi Seçki Komissiyası seçkinin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkinin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq edəcək.