Bəsər Əsədin narkobaron əmisi oğlu Vasim Əsəd saxlanıldı

Suriya təhlükəsizlik qüvvələri ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsədi saxlayıb. Stopnarkotik.az xəbər verir ki, o, Suriya-Livan sərhədində yaxalanıb.

Həmçinin, Suriya mediası Vasimin ölkənin ən məşhur narkotik alverçilərindən biri olduğunu və devrilmiş rejimin dövründə mülki şəxslərə qarşı cinayətlərdə iştirak etdiyini qeyd edib. Keçən il o, Əsədi dəstəklədiyinə və narkotik qaçaqmalçılığına görə ABŞ-la Aİ-nin sanksiya siyahısına əlavə edilib.

Suriyada yeni təhlükəsizlik qüvvələri keçmiş administrasiya üzvlərini, əsasən də kəşfiyyat xidmətləri ilə əlaqədə olanları, insan hüquqlarının pozulmasında ittiham olunanları təqib edir.

Əsəd ailəsinin və onun yaxın çevrəsinin üzvlərinin əksəriyyəti ya Rusiyaya qaçıb, ya da gizli fəaliyyətə keçib.

Stopnarkotik.az

**