Bu günlərdə Brüsseldə Aİ və Azərbaycan arasında təhlükəsizlik dialoqunun beşinci iclası keçirilib.
Stopnarkotik.az xəbər verir ki, yayılan məlumata görə, iştirakçılar ikitərəfli münasibətlərin vəziyyətini, qarşılıqlı maraq doğuran xarici və müdafiə siyasətinin aktual məsələlərini müzakirə ediblər. Azərbaycan tərəfdən görüşdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev, qonşu tərəfdən isə Avropa Xarici İşlər Nazirliyinin baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora iştirak ediblər.
Stopnarkotik.az