Bərdə rayonunda ərini qətlə yetirməkdə təqsirləndirilən Aysu Çərkəzlinin məhkəməsi başlayıb.
Stopnarkotik.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə araşdırılır.
Növbəti məhkəmə baxış iclası oktyabrın 17-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyulunda Bərdə rayonunda qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Aysu Çərkəzli qısqanclıq zəminində əri 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlini bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.