Bərdədə FACİƏ: yeniyetmə oğlan gölməçədə çimərkən boğuldu

Bərdədə 15 yaşlı oğlan gölməçədə çimərkən suda boğularaq ölüb.

Stopnarkotik.az xəbər verir ki, hadisə iyulun 31-də saat 15 radələrində baş verib.

Belə ki, 26.12.2009-cu il təvəllüdlü Nihad Rüstəmov Tərtər çayının Bərdə rayonu Zümürxan kəndindən keçən hissəsində toplanmış su gölməçəsində həmkəndliləri ilə çimərkən suda boğularaq ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.