Rio-de-Janeyro yaxınlığındakı sahil sularından götürülən 13 itiburunlu köpək balığının əzələlərində və qaraciyərlərində kokain izləri tapılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə tədqiqatçılar bu həftə bildiriblər.
Ekspertlərin fikrincə, Rio-de-Janeyro yaxınlığında kanaizasiya xəttləri ilə axdılan narkotik kokainin istehsal olunduğu qeyri-qanuni laboratoriyalardan birbaşa dənizə tökülür. O, həmçinin narkotik istifadəçilərinin tullantı suları kimi kanalizasiyaya axıdılır. Alverçilər tərəfindən itirilən və ya okeana atılan kokain paketləri də mənbə ola bilər.
Stopnarkotik.az