Nəsimi rayonu ərazisində yerləşən bərbər salonlarının birindən orada işləyən bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Seymur Əsədov müəyyən olunaraq saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, o, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ələ keçib.
Faktla bağlı araşdırma aparılır.