Bölgələrdə Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü keçirilir - FOTO/VİDEO, YENİLƏNİB

Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə hərbçilərin Zəfər yürüşü keçirilir.

Şəhərin Bayraq Meydanından başlayan yürüş Qala divarlarına qədər davam edəcək.

Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüşdə ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edirlər.

***10:25

Naxçıvan şəhərində Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü başlayıb.

 8 Noyabr - Zəfər Günü münasibətilə Naxçıvan şəhərində hərbi yürüş keçirilir.

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının, Heydər Əliyev adına Hərbi Liseyin və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantlarının iştirakı ilə şəhərin Dilqəm Pişəvəri küçəsindən başlayan yürüş Zəfər Parkında başa çatacaq.

Sumqayıt və Xankəndi şəhərində 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbçilərin yürüşü keçirilir.

Hərbçilərin yürüşü Sumqayıt şəhərinin Dənizkənarı Bulvar ərazisindən, Xankəndidə isə şəhərin mərkəzi meydanından başlayıb.

Yürüşü izləmək üçün küçələrə toplaşan şəhər sakinləri hərbçiləri salamlayaraq, Zəfər münasibətilə şüarlar səsləndirirlər.

Bölgələrdə Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü keçirilir

Bölgələrdə Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü keçirilir

Bölgələrdə Zəfər Günü ilə bağlı hərbçilərin yürüşü keçirilir