"Boeing" F-47 qırıcısını ərsəyə gətirir

“Boeing” şirkəti ABŞ Hərbi Hava Qüvvələrində mövcud olan “F-22 Raptor”u əvəz etmək üçün nəzərdə tutulmuş altıncı nəsil çoxməqsədli F-47 qırıcısının ilk prototipinin istehsalına başlayıb.

Stopnarkotik.az bildirir ki, prototipin ilk uçuşu 2028-ci ilə planlaşdırılıb.

İlkin versiyaya görə, F-47 qabaqcıl gizli texnologiyalar, yeni silahlar və mühərriklərlə təchiz olunacaq və “uçan qanadlar” kimi avtonom dronlarla inteqrasiya olunacaq. Onun əməliyyat məsafəsi 1000 dəniz milini (təxminən 1852 km), maksimal sürəti isə 2 Mach-ı (2448 km/saatdan çox) keçəcək.

ABŞ Hərbi Hava Qüvvələri bu təyyarələrdən ən azı 185-ni almaq niyyətindədir. 

Stopnarkotik.az