Bloger Vasif Fətiyev həbs edildi

Bloger xuliqanlıq hərəkətlərinə görə həbs edilib.

Stopnarkotik.az lent.az-a istinadla xəbər verir ki, Beyləqan və ətraf rayonlarda blogerlik fəaliyyətilə məşğul olan, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Vasif Fətiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə 1981-ci il təvəllüdlü V.Fətiyev şəxsi münasibətlər zəmnində 53 yaşlı şəxsi döyərək xəsarət yetirib.

Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsilə cinayət işi açılıb. V.Fətiyev həbs edilib.