Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində 3 min 662 nəfərin namizədliyi irəli sürülüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə statistikanı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun dekabrın 13-də keçirilən iclasında açıqlayıb.
MSK sədrinin sözlərinə görə, bu günə olan rəqəmlərə əsasən, bələdiyyə seçkilərində 3 min 662 nəfərin namizədliyi irəli sürülüb.