Bələdiyyə sədrləri barəsində inzibati protokollar tərtib olundu - FOTO

Füzuli Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirdikləri tədbir zamanı rayonun Əhmədalılar və Bala Bəhmənli kəndlərinin  ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi halı aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, həmin kəndlərin bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.