Bələdiyyə sədrinə cinayət işi açıldı - RÜŞVƏT İTTİHAMI

Cəlilabad rayonunun Təzəkənd kənd bələdiyyəsinin sədri cinayət məsuliyyətinə cəlb olunub.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, 62 yaşlı Rafiq Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda ittiham olunur.

R.Hacıyev vətəndaşlardan rüşvət alaraq kəndin örüş yerlərini satma və digər əməllərə görə mühakimə olunacaq.

Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.2 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, vəzifəsindən kənarlaşdırılmaqla barəsində istintaq dövrü müddətində həbsə alternativ qətimkan tədbiri seçilib. 

İş Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.