Tehran TRIPP-in hərbi məqsədi olmadığına əmin olmalıdır. Stopnarkotik.az xəbər verir ki, bunu İranlı politoloq Həsən Şirzadi bildirib.
"Biz ABŞ-a etibar etmirik; onlar İrana qarşı sanksiyalar tətbiq ediblər. Niyə onlara etibar etməliyik? Onlar Müdafiə Nazirliyini Müharibə Nazirliyi adlandırıblar və Venesuelanı təhdid edirlər. Əgər ABŞ Cənubi Qafqaz regionu üçün yaxşı bir şey etmək istəyirsə və nəticədə bu baş verərsə, bu, normaldır. Əgər onlar Ermənistana və Azərbaycana sülh yolunda kömək etsələr, bu, normaldır. Lakin ABŞ həmişə hərbi komponenti nəzərə alır", deyə Şirzadi “Orbeli 2025” beynəlxalq forumunda bildirib.
Stopnarkotik.az