Birlikdə özlərini meşədən asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin FOTOLARI

Göygöl rayonunun Toğanalı kəndinin meşə zolağında sevgilisi ilə meyiti tapılan 1996-cı il təvəllüdlü Yasin İbrahimovun və 1985-ci il təvəllüdlü Esmira Mamedovanın görüntüləri yayılıb.

Oxu.Az həmin fotoları təqdim edir:

Göygöl rayonunun Toğanalı kəndinin meşə zolağında sevgilisi ilə meyiti tapılan Yasin İbrahimovun yaxınları Baku TV-yə danışıblar.

Mərhumun atasının sözlərinə görə, oğlu intihar etməzdən öncə onlara bu barədə məlumat verib:

"Sonuncu dəfə qardaşım oğluna zəng edib. Deyib ki, məni bağışlayın, özümü öldürəcəyəm. Birlikdə intihar etdiyi qızla münasibəti barədə bilirdik".

Qeyd edək ki, Y.İbrahimov sevgilisi, Xocalı rayon sakini, 1985-ci il təvəllüdlü Esmira Əhliman qızı Mamedova ilə birgə Göygöl rayonunun Toğanalı kəndinin meşə zolağında özlərini asaraq canlarına qəsd ediblər. Göygöl Rayon Polis İdarəsinin əməkdaşları onların meyitlərinin qalıqlarını aşkarlayıblar.

Ətraflı Baku TV-nin süjetində:

2023-cü il iyunun 10-da itkin düşən Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü Yasin İbrahimovun intihar etdiyi məlum olub.

Məlumata görə, o, sevgilisi, Xocalı rayon sakini, 1985-ci il təvəllüdlü Esmira Əhliman qızı Mamedova ilə birgə Göygöl rayonunun Toğanalı kəndinin meşə zolağında özlərini asaraq canlarına qəsd ediblər.

Göygöl Rayon Polis İdarəsinin əməkdaşları onların cəsədlərinin qalıqlarını aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.