Birinci Qarabağ müharibəsində itkin düşən daha 3 şəhidin dəfn mərasimi keçiriləcək - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən daha üç hərbçinin kimliyi eyniləşdirilib.

Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında deyilir.

Məlumata görə, itkin düşən hərbçilərin qalıqları fevralın 7-də dəfn olunacaq.