“Bir səhv ömrümün 8 il 6 ayını aldı” - NARKOTİKLƏ ƏLAQƏDAR HƏBS OLUNAN EMİN / VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bu gün 220 nəfər əfv olunub.

Stopnarkotik.az "İctimai TV" - yə istinadən xəbər verir ki, azad olunan arasında narkotiklə əlaqədar həbs edilənlər də var.

Onlardan biri, 31 yaşlı Emin Tağıyev bildirib ki, 22 yaşında narkotik ticarəti ilə əlaqədar həbs olunub. "Bir səhv ömrümün 8 il 6 ayını aldı", - deyən Emin bir daha yolunun həbsxanadan keçməyəcəyinə əmindir. Onun açıqlamasını olduğu kimi təqdim edirik: