Bir qrup şəxs saqqız konfetdən zəhərləndi - KONFETİN TƏRKİBİNDƏ NARKOTİK MADDƏ OLMASI ŞÜBHƏSİ VAR

Keçən həftə Yaponiyanın Səhiyyə Nazirliyi açıqladı ki, marixuanaya oxşar təsir göstərən sintetik maddə "HHCH"ni qadağan etməyi planlaşdırır.

Stopnarkotik.az xəbər verir ki, bu, bir neçə nəfərin saqqız konfet yeməsinin ardınca xəstəxanaya yerləşdirilməsindən sonra baş verib.
Səhiyyə naziri Keizo Takemi mətbuat konfransında bildirib ki, HHCH və ya heksahidrokannabiheksol psixoaktiv dərman kimi tanındıqdan sonra Yaponiyada onun saxlanması, istifadəsi və yayılması qeyri-qanuni olacaq. Noyabrın əvvəlində beş nəfər Tokionun qərbində keçirilən festivalda paylanan tərkibində heksahidrokannabiheksol olan saqqız konfetləri yedikdən sonra xəstələnib. Məsələ bundadır ki, Tokioda bir mağazada HHCH olan saqqızlar tapılıb. Məsləni öyrənmək üçün keçən həftə Səhiyyə Nazirliyinin narkotiklərə nəzarət departamenti Yaponiyanın qərbindəki qida emalı şirkətində və Tokio və Osakada saqqız satan beş mağazada yoxlamalar aparıb. Nazirlik məhsulun komponentlərinin təhlili tamamlanana qədər satışının dayandırılması barədə göstəriş verib.
Səhiyyə Nazirliyi həmçinin HCG-yə oxşar quruluşa malik, halüsinasiyalar və yaddaşın pozulmasına səbəb ola biləcək bütün maddələrin qadağan edilməsini nəzərdən keçirir. THC kimi tanınan marixuananın əsas psixoaktiv komponenti Yaponiyada artıq qeyri-qanunidir.

Stopnarkotik.az