Gürcüstanda narkotik cinayətlərində ittiham üzrə 16 nəfər həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Həbslər Tiflis, Acarıstan, Kvemo Kartli və İmeretidə həyata keçirilib.
Hakimin göstərişi ilə hərəkət edən polis sınaq alış-verişi həyata keçirib, gizli şəkildə audio və video görüntüləri qeydə alıb. Axtarışlar nəticəsində təqsirləndirilən şəxslərdən satış məqsədi ilə xüsusi külli miqdarda 8 müxtəlif növ narkotik vasitə götürülüb.
Həbs olunanları 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.
Stopnarkotik.az