Martın 12-si gecə saatlarında Binəqədi rayonu ərazisindən “Toyota Prius” markalı avtomobilin qaçırılması barədə 5-ci Polis Bölməsinə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, görülmüş tədbirlərlə avtomobil həmin gün Nəsimi rayonu ərazisində tapılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd Ələkbərov “Mercedes” markalı digər avtomobili idarə edərkən saxlanılıb.
Onun həmin avtomobili də Nərimanov rayonu ərazisindən qaçırması müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az