Sulutəpə qəsəbəsində evlərin birindən oğurluq olub. Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən ev sahibi 1950 manat pulunun oğurlandığını bildirib.
Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Z.Şəfiyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.